waplog

“Samsung” şirkəti rəsmən “Galaxy A51” və “Galaxy A71” aparatlarının “5G” versiyasını təqdim edib


“Samsung” şirkəti rəsmən “Galaxy A” seriyası üzrə smartfonların “5G” versiyasını (“A51 5G” və “A71 5G”) təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy A51 5G” aparatı “5G” şəbəkələrini dəstəkləyən “Exynos 980” çipseti, 4 QB əməli və 128 QB daxili yaddaşla təchiz edilib. Smartfon 6,5 düymlük “Super AMOLED” displeyə malikdir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir. Arxa paneldə 4 sensordan ibarət kamera quraşdırılıb: 48 mp-lik əsas, 12 mp-lik genişbucaqlı, 5 mp-lik makroobyektiv və 5 mp-lik dərinlik datçiki.

 

Akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Bu modelin qiyməti 499 dollar təşkil edəcək. “Galaxy A51 5G” aparatı 2020-ci ilin yayında satışa çıxarılacaq.

 

“Samsung Galaxy A71 5G” aparatı “Snapdragon 765” çipseti ilə təchiz edilib. Smartfon 6,7 düymlük “Super AMOLED” displeyə malikdir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir. Arxa paneldə 4 sensordan ibarət kamera yerləşir: 64 mp-lik əsas, 12 mp-lik super genişbucaqlı, 5 mp-lik makroobyektiv və 5 mp-lik dərinlik datçiki.

 

Akkumulyatorun tutumu 4500 milliamper/saatdır. 599 dollar məbləğində qiymətləndirilmiş “Galaxy A71 5G”, həmçinin 2020-ci ilin yayında satışa çıxarılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL