waplog

Azərbaycan poçtu daha bir pulköçürmə sisteminə qoşuldu


“Azərpoçt” MMC daha bir pulköçürmə sisteminə qoşuldu. “Azərpoçt” MMC-nin Maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədovun verdiyi məlumata görə, uzun danışıqlardan sonra “Azərpoçt” MMC Rusiyanın “RusSlavBank”la “Contakt” pul köçürmələri sisteminə qoşulmaqla bağlı müqavilə imzalayıb.

 

Artıq 1 saylı poçt filialının Mərkəzi Poçt, Müştəri xidmətləri, 1 və 10 saylı, 2 saylı poçt filialının isə 73 saylı poçt şöbələrində pilot layihə kimi “Contakt” pul köçürmələri sistemi tətbiq olunub. Onu da əlavə edək ki, “Western Union” pul köçürmələri sistemindən fərqli olaraq “Contakt” daha sərfəlidir.

 

Qeyd edək ki, “Azərpoçt”MMC banklarla rəqabətdə geniş şəbəkəyə malikdir. Ən qısa vaxt ərzində dünyanın istənilən nöqtəsindən poçt şəbəkəsi vasitəsilə göndərilən pul köçürmələri tezliklə ölkənin ən ucqar dağ kəndinə çatdırıla bilər. Banklarda isə bu imkan məhduddur.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL