waplog

“Virtual hackathon”a 5 qitə üzrə 45 ölkədən 600-dən çox müraciət oldu


Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "SUP.VC" Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə start verilən "Global Virtual Hackathon" müsabiqəsinə sabah yekun vurulacaq.

"Global Virtual Hackathon" müsabiqəsində iştirak üçün "www.hackcov19.com" saytında 5 qitə üzrə 45 ölkədən 600-dən artıq müraciət qeydə alınıb. Müraciətlərin çoxluğu və təqdim edilən ideyaların maraqlı olduğunu nəzərə alaraq seçilən ideyaların sayı 20-dən 25-ə qaldırılıb.

İştirakçılar mentorlarla işləyərək "Ən həssas və risk qrupunda olanlara dəstək", "Texnologiya və səhiyyə", "Kiçik və orta biznesə dəstək", "Fiziki məsafə və sosial əlaqə", "Məlumatlılığı artırmaq, müvafiq davranışı formalaşdırmaq və ictimaiyyətin rəyini nəzərə almaq", "Texnologiya və təhsil", "Texnologiya və mühəndislik", "Gündəlik həyatda texnologiya" və digər bu kimi istiqamətlər üzrə həll yollarını yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim edirlər.

Layihələr arasından təklif olunan həll yollarının effektivliyi, eləcə də ideyanın yerli, regional və beynəlxalq səviyyədə nə dərəcədə asan və tez tətbiq oluna bilməsi kimi amillər əsasında qiymətləndirmə aparan münsiflər heyətinin yekun qərarı ilə qalib layihə və komandalar seçiləcək.

Birinci yerin qalibinə 5 min ABŞ dolları, ikinci yerin sahibinə 3 min ABŞ dolları və üçüncü yeri tutana isə 2 min ABŞ dolları məbləğində mükafat bank hesabına köçürülməklə təqdim ediləcək.

Qeyd edək ki, "virtual hackathon" yeni koronavirus pandemiyası və bundan irəli gələrək dünyada bu virusa qarşı mübarizə metodlarının axtarışı, iş yerlərinin distant fəaliyyət rejiminə keçməsi ilə əlaqədar təşkil olunub.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL