waplog

Tədqiqatçılar interneti saniyədə 10 terabitədək sürətləndirmək niyyətindədirlər


Yaxın gələcəkdə kvant internetin əlçatanlığını gözləmək lazım deyil. Eyni zamanda məlumatların ötürülmə sürətinin artırılmasına ehtiyac hər gün artır. Amerikalı tədqiqatçıların yeni həlli mövcud fiber-optik kabelləri min dəfəyədək sürətləndirməyə imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni texnoloji həll məlumatların ötürülməsi üçün son dərəcə yüksək tezliklərdən istifadəyə əsaslanır. Tədqiqatçılar iddia edirlər ki, bu, eyni məkanda böyük buraxılış zolağını sıxmağa və ümumi sürəti yüksəltməyə imkan verəcək. Bu o deməkdir ki, mövcud fiber-optik kabelləri əvəz etmək lazım deyil, sadəcə, siqnalın tezliyini 200 hersədək artırmaq lazımdır (hazırda istifadə edilən siqnal tezliyi bir neçə MHs-dir). Belə olan halda məlumatın 10 Tbit/s sürətində ötürülməsinə nail olmaq mümkün olar.

 

Yeni texnologiyanın əsas çatışmazlığı odur ki, 3 metrdən çox məsafədə hələ ki yüksək sürət əldə edilməyib. 15 metr məsafədə sürət saniyədə 30 qiqabitədək azalır. Bu, metal naqillərin yüksək müqaviməti ilə izah edilir. Çətinliklərə baxmayaraq bu məsafə məlumatların işlənmə mərkəzləri kimi ensiz məkanlar üçün kifayətdir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL