waplog

“Lenovo” çıxarılıb taxılan akkumulyatora malik ucuz smartfonunu təqdim edib


“Lenovo” şirkəti ucuz qiymət seqmentində təqdim edilmiş smartfonlar üzrə istehsal xəttini genişləndirib. “Lenovo A7” adlı model böyükölçülü ekran, 8 nüvəli prosessor, ikiqat əsas kamera, həmçinin uzunmüddətli avtonom iş vaxtı kimi xüsusiyyətlərə malikdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, aparat 5 mp-lik ön kameraya malik 6,09 düymlük ekranla təchiz edilib. Qurğunun əsas kamerası süni intellekt alqoritmlərinin köməyi ilə 12 səhnə tipini tanıyan 13 və 2 mp-lik iki sensordan ibarətdir. Biometrik autentifikasiya üsulu olaraq qurğunun arxa qapağında quraşdırılmış barmaq izləri skaneri təklif edilir.

 

Aparat, 1,6 QHs takt tezlikli 8 nüvəli “Unisoc SC9863” prosessoru və “PowerVR IMG8322/GE8322” qrafik çipi ilə təchiz edilib. Qurğunun çıxarılıb taxılan akkumulyatorunun tutumu 4000 milliamper/saat təşkil edir. İstehsalçının bəyanatına görə, aparat gözləmə rejimində 416 saat və ya musiqi dinləmə rejimində 10 saat avtonom işləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL