waplog

Süni ağciyər ventilyasiya aparatı “3D” printerdə çap ediləcək


Hirosima Universitetinin alimləri digər ölkələrin həkimlərinə süni ağciyər ventilyasiya aparatının üçölçülü printerdə çap edilməsi üçün çertyojları pulsuz təqdim etmək niyyətindədirlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, koronavirusa yoluxan xüsusilə ağır xəstələrin həyatının asılı olduğu süni ağciyər ventilyasiya aparatlarının çatışmazlığı bütün dünyada müşahidə edilir. Yaponiya alimləri müxtəlif ölkələrin həkimlərinə bu problemin həllində kömək üçün çatışmayan tibbi avadanlığın istehsal prosesini ucuzlaşdırmaq qərarına gəliblər.

 

Bildirilir ki, mexaniki süni ağciyər ventilyasiya aparatı 2017-ci ildə yapon həkim Naoyuki İsikata tərəfindən kosmonavtların istifadəsi üçün yaradılıb. O, Beynəlxalq Kosmik Stansiyada uğurla çap edilərək yığılıb. Yay mexanizmi ilə təchiz olunan qurğu elektrik enerjisindən istifadə etmədən işləyir. Aparat əvvəlcədən “3D” printerdə çap edilən dörd hissədən yığıla bilər.

 

Ümumi istifadə üçün qurğunun çertyojları ilə yanaşı, çap və quraşdırma üzrə təlimatların təqdim edilməsi nəzərdə tutulur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL