waplog

“LG” şirkəti “Folder 2 4G” “ağıllı” telefonunu təqdim edib


“LG” şirkəti “Folder 2 4G” adlı açılıb-qatlanan formada olan qeyri-adi cihazını təqdim edib. Yeni cihaz ənənəvi düyməli aparat dizaynında hazırlanıb, amma əvvəlki nəsillə müqayisədə səs köməkçisi daxil olmaqla çoxlu sayda faydalı funksiyalar dəsti əldə edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, smartfon 1,1 QHs takt tezlikli 4 nüvəli “Snapdragon 210” prosessoru ilə təchiz edilib və “4G” şəbəkələrini dəstəkləyir. Qurğu 1 QB əməli və 8 QB daxili yaddaşla, həmçinin daşıyıcının tutumunu 32 QB-dək artırmaq üçün “microSD” slotu ilə təchiz edilib. Model 1470 milliamper/saat tutumlu akkumulyatora malikdir.

 

“Folder 2 4G” qurğusu 2 mp-lik əsas kamera, FM radio modulu və “AI Voice” səs köməkçisinə sürətli daxilolma düyməsi ilə təchiz edilib. Qurğuya quraşdırılmış əməliyyat sisteminin versiyası haqqında məlumat yoxdur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL