waplog

Bu il dünya mikroelektronika bazarında 0,9 faiz azalma gözlənilir


Koronavirus infeksiyasının (COVID-19) yayılması və əksər ölkələrin onunla mübarizədə sərt tədbirlər tətbiq etməsi mikroelektronikaya olan tələbata gözləniləndən daha çox təsir göstərəcək. Bu barədə “Gartner” analitik şirkətinin tədqiqatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, il ərzində satış həcminin 0,9 faiz azalaraq 415,4 milyard dollar təşkil edəcəyi və yalnız yaddaş mikrosxemləri seqmentində artımın daha kəskin azalmanın qarşısını almağa imkan verəcəyi proqnozlaşdırılır.

 

Analitiklər bazarda 12,5 faiz artımın gözlənildiyi əvvəlki proqnozu yenidən nəzərdən keçirməli olublar. Yeni proqnoza görə, yaddaş mikrosxemləri seqmenti 13,9 faiz artaraq 124,7 milyard dollara çatacaq, digər seqmentlər isə ümumilikdə 6,1 faiz azalaraq 290,6 milyard dollara enəcək.

 

“NAND” fləş-yaddaş mikrosxemlərinin satış həcmi ötən ildən davam edən defisit səbəbindən qiymətlərin baha olması və pandemiya ilə əlaqədar zavodların fəaliyyətində fasilələrin yaranması ilə yanaşı, texnologiyanın əvəzlənməsi prosesinin getməsinə görə 40 faiz artacaq. “DRAM” yaddaş modullarına “bulud” data mərkəzlərinin operatorları tərəfindən tələbat qiymətləri əvvəlki səviyyədə saxlayacaq, lakin 2020-ci ildə smartfonlar üçün yaddaş modullarına tələbatın azalması səbəbindən “DRAМ” modullarının ümumi satış həcmi 2,4 faiz azalacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL