2020-ci ildə telekommunikasiya xidmətləri bazarının həcmi təxminən 1,6 milyard dollar təşkil edəcək
“International Data Corporation” (IDC) şirkəti bu il dünya telekommunikasiya xidmətlər bazarının inkişafı haqqında proqnoz verib. Koronavirus pandemiyası sahəyə ciddi təsir göstərəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, artıq bir çox müəssisələr öz fəaliyyətini dayandırmağa və ya əməkdaşlarını distant iş rejiminə keçirməyə məcbur olublar. Bəzi kiçik şirkətlər isə ümumiyyətlə bağlanıb. Bundan başqa, bir çox ölkələrdə vətəndaşlar karantin qaydalarına uyğun olaraq evdə qalırlar.
Analitiklər deyirlər ki, koronavirus, bir tərəfdən, rabitə xidmətlərinə, xüsusən də mobil və sabit genişzolaqlı internetə tələbatı artırıb.
Digər tərəfdən isə biznes sektorunda azalma var.
Nəticədə bu il telekommunikasiya xidmətləri bazarının həcmi 2019-cu illə müqayisədə, demək olar, dəyişməyəcək. Bu seqmentdə xərclər 1,6 milyard dollar məbləğində proqnozlaşdırılır.
Bu il pandemiya şəraitində qlobal İT və biznes xidmətləri bazarının həcminin 1,1% azalacağı da qeyd olunur. “IDC” analitik şirkətinin məlumatına görə, 2021-ci ildə artım 1% civarında olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL