waplog

Kolumbiyada yemək çatdıran robotların sınağına başlanıb


Kolumbiyada restoranlardan yemək daşıma üzrə yerli mobil servis koronavirus pandemiyası fonunda çatdırma robotlarının sınağına başlayıb. Medelin şəhərində həyata keçirilən pilot layihəyə gündə 120 sifariş yerinə yetirən 15 robot daxildir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, ABŞ şirkətinin 42 litr tutumlu “KiwiBots” robotları nağdsız sifarişlə işləyir. Onlar, həmçinin sifarişi yerinə yetirməzdən əvvəl və sonra dezinfeksiya edilir.

 

Robotlar vasitəsilə şirkətlər insanlarla əlavə kontaktları aradan qaldırmaq və virusun yayılma sürətini azaltmaq niyyətindədir. Medelində robotlaşdırılmış qida çatdırma pilot proqramı iyuladək davam etdikdən sonra servisin ölkənin digər şəhərlərində tətbiqi nəzərdə tutulur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL