waplog

Yeni nəsil “LG Velvet” smartfonunun videosu nümayiş olunub


"YouTube"da "Velvet" adlı yeni nəsil "LG" smartfonunun dizaynının nümayiş olunduğu video dərc edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, qeyd olunan qurğunun əsas xüsusiyyətlərindən biri şaquli şəkildə düzülmüş üç optik modul və işıqlandırıcıdan ibarət "Raindrop" arxa kamerası olacaq.

 

"3D Arc Design" dizayner konsepsiyası ekran və arxa panelin korpusun yan hissəsinə simmetrik əyilməsini nəzərdə tutur. Bildirilir ki, bu, eyni anda həm göz oxşayır, həm də toxunuşda xoş olan rəvan form-faktor yaradır.

 

Videoda yeni qurğunun korpusunun yan hissələrində fiziki idarəetmə düymələrinin yerləşməsi nəzərə çarpır. Aşağıda "USB Type-C" simmetrik portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxış quraşdırılıb. Ön kamera displeyin yuxarı hissəsində kiçik kəsikdə yerləşir.

 

Məlumata görə, smartfonun əsasını "Qualcomm Snapdragon 765" prosessoru təşkil edir. Həmçinin beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) iş imkanı qeyd olunur.

 

Mayın 15-də nümayiş olunacaq "LG Velvet" smartfonu "Android 10" əməliyyat sistemi ilə tədarük ediləcək.

 

Nizam Nuriyev

 

https://www.youtube.com/watch?v=ZKS3pX6CeQI&feature=emb_title



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL