waplog

Barak Obama dövlət səviyyəsində kiberhücumlara icazə verib


ABŞ prezidenti Barak Obama ABŞ-da indi milli maraqların müdafiəsi üçün kiberhücumlarla mübarizə üzrə müvafiq əmrləri imzalayıb.
Prezidentin imzaladığı sənədlər rəqibin kompyuterlərinə kiberhücum keçirilməsi icazəsi üçün Amerika Silahlı Qüvvələri zabitlərinin müraciət qaydalarını tənzimləyir. Beləliklə, elektron hücumları ABŞ-ın ümumi hərbi strategiyasına daxil etmək olar.
Sənədlər bir ay əvvəl imzalanıb. Sənəd Pentaqonun ABŞ ordusunun xeyrinə kiberhücum tətbiqi qaydalarını hazırlamaqla əlaqədar ikiillik səylərinin gözlənən tamamlanması olub.
May ayının sonunda Pentaqonun yeni strategiyasına əsasən, dövlətə qarşı edilən kiberhücumların hərbi təcavüz aktı kimi qiymətləndirildiyi məlum olub.
Ölkənin dövlət siyasətinə əsasən, hakerlər Amerika nüvə reaktorları, metro və ya boru kəmərləri üçün potensial təhlükədirlər. ABŞ potensial hücumların xəbərdarlıq planını hazırlamaq niyyətindədir.
Pentaqon hakerlərin 2008-ci ildə şöbənin şəxsi sistemlərinə hücumlarından sonra kibercinayətkarlıqla mübarizə işini aktivləşdirib. Onda cinayətkar kompyuterə zərərverici proqramla fləş kartı birləşdirib. O, Müdafiə Nazirliyinə aid olan başqa kompyuterlərə sürətlə və gizlicə yayılıb.
Ehtimal edilir ki, qırma ABŞ-ın Yaxın Şərqdəki bazalarından birində qeyd edilmiş noutbukdan həyata keçirilib.
ABŞ hərbi müəssisəsində güman edirlər ki, hərbi gücün tətbiqi kiberhücumlara uyğun cavab olacaq. Pentaqonda yeni strategiyanı gələcəkdə xarici partnyorlarla uzlaşdırmağı nəzərdə tuturlar. Keçən il NATO hakerlərlə mübarizə metodları haqqında konsultasiya keçirmək təşəbbüsü ilə çıxış edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL