waplog

“OPPO A52” smartfonu təqdim edilib


Son günlər ərzində “OPPO” bir çox yeni smartfonunu təqdim edib. Şirkətin saytında daha bir model – “OPPO A52” yerləşdirilib.

 

“OPPO A52” smartfonu ön tərəfinin 90,5%-ni tutan nazik çərçivəli 6,5 düymlük ekranla təchiz edilib. Küncdə ön kamera üçün kiçik kəsik var. Ekran IPS texnologiyası üzrə işlənib hazırlanıb, buna görə barmaq izləri skaneri yan tərəfdə yerləşir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, smartfon 11 nm-lik texnoloji proses üzrə hazırlanmış orta səviyyəli “Snapdragon 665” prosessoru ilə təchiz edilib. 8 QB əməli yaddaş və 128 QB daxili yaddaşa malikdir. Tutumu 256 QB-dək olan “microSD” tipli yaddaş kartının dəstəyi nəzərdə tutulub. Daxili akkumulyatorun tutumu 5000 milliamper/saat təşkil edir.

 

Smartfonun əsas kamerası 12 mp təsvir ölçüsünə malikdir və f/1.8 diafraqmalı obyektivlə təchiz edilib. Həmçinin genişbucaqlı modul, 4 sm məsafədən fokuslanmağa imkan verən makroobyektiv və dərinlik datçiki var. 4K formatında çəkiliş, 120 fps tezlikli sürəti zəiflədilmiş videoçəkiliş və yaxşılaşdırılmış gecə rejimi dəstəyi nəzərdə tutulub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL