waplog

Mobil bank tətbiqləri təhlükəsiz deyil


"Positive Technologies" şirkətinin mütəxəssislərinin qənaətinə görə, fırıldaqçılar hər ikinci mobil bank tətbiqindən pul oğurlaya bilərlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, sınaq məqsədilə "Android" və "iOS" mobil əməliyyat sistemləri üçün istifadəçilər tərəfindən "Google Play" və "App Store" rəsmi mağazalarından 500 min dəfədən çox yüklənmiş 14 xidmət seçilib.

 

Məlum olub ki, "iOS" üçün mobil bank tətbiqləri "Android" üçün tətbiqlərlə müqayisədə daha dayanıqlıdır. Lakin hesabda pul olduğu təqdirdə hamısı təhlükəlidir. Heç bir mobil tətbiqdə lazımi mühafizə səviyyəsi yoxdur.

 

Banklar mənbə kodunun müdafiəsinə kifayət qədər diqqət ayırmır, mobil qurğularda vacib məlumatları açıq şəkildə saxlayırlar, autentifikasiya və avtorizasiya mexanizmlərinə müdaxiləyə imkan verən səhvlərə yol verirlər ki, bunlar da cinayətkarlar tərəfindən istifadə edilə bilər.

 

7 mobil tətbiqin 5-də istifadəçilərin şifrləri, hər 3-də isə bank kartlarının məlumatları təhlükə altındadır.

 

İstifadəçilərə qurğunu blokdan çıxartmaq üçün mütləq PİN kod quraşdırmaq tövsiyə edilir. Həmçinin SMS və messencerlərdə kənar şəxslər tərəfindən göndərilmiş istinadlara keçid etmək olmaz. Bundan başqa, smartfona kənar proqramların quraşdırılması üçün göndərilmiş sorğuları təsdiq etmək lazım deyil.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL