waplog

Naxçıvan MR-də rabitə xidmətlərinin həcmi il ərzində 16,5 faiz artıb


Yanvar-oktyabr aylarının yekunu üzrə Naxçıvan Muxtar Respublikası (NMR) üzrə göstərilən məlumat və rabitə xidmətlərinin həcmi təxminən 34,3 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən (29,4 milyon manatdan çox) 16,5 faiz çoxdur. Bu barədə NMR-in Bakıdakı daimi nümayəndəliyinin məlumatında deyilir.

 

Məlumata əsasən, göstərilən ümumi xidmətlərin həcmindən 86,7 faiz (və ya 29,72 milyon manat) özəl rabitə müəssisələrinin payına düşüb.

 

Özəl müəssisələr tərəfindən göstərilən xidmətlərin həcmi ötən ilin eyni göstəricisi ilə müqayisədə 17,8 faiz artıb.

 

İlin 10 ayının yekunu üzrə NMR-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri tərəfindən 4354,9 min manat dəyərində xidmət göstərilib ki, bu da 2010-cu ilin analoji dövrünə nisbətən 8,1 faiz çoxdur.

 

Muxtar Respublikanın ümumi istifadə olunan telefon şəbəkəsinin nömrə tutumu yanvar-oktyabrın nəticələri üzrə 1862 ədədə çatıb.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL