waplog

Evdən təhsil almağa məcbur olmuş şagirdlərin 826 milyonu kompüterə malik deyil


Koronavirus pandemiyası ilə əlaqədar dünyanın 100-dən çox ölkəsi məktəbləri bağlamaq barədə qərar qəbul edib. 1,5 milyard uşaq məktəbə getmək imkanından məhrum olub. Bir çoxları distant təhsil rejiminə keçib. Ancaq 826 milyon şagird evdən təhsil ala bilmir, çünki onların kompüteri yoxdur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "news.un.org" saytına istinadən yazır ki, bu informasiya YUNESKO-nun Statistika İnstitutu və Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatlarına əsaslanır.

 

Ən kəskin "rəqəmli" fərq aşağı gəlir səviyyəsinə malik ölkələrdə hiss olunur. Məsələn, Sahara səhrasında cənuba doğru yerləşmiş Afrika ölkələrində şagirdlərin 89%-nin evində kompüter yoxdur, 82%-nin isə internetə çıxış imkanı yoxdur. Bir çox uşaq və yeniyetmələr məlumat əldə etməyə, müəllim və dostlarla ünsiyyəti asanlaşdırmağa imkan verən mobil telefonlardan istifadə edirlər. Amma təxminən 56 milyon şagird mobil rabitənin əlçatmaz olduğu ərazidə yaşayır.

 

YUNESKO-nun Baş direktoru Odre Azule müəllimlərə yerli radiostansiyalar və televiziya kanalları daxil olmaqla alternativ rabitə vasitələrindən istifadə etməyi təklif edib.

 

"Bu bərabərsizlik təhsil sistemində yaranacaq nasazlıq dövründə təhsilin davamlılığına real təhlükədir" – YUNESKO-nun Baş direktorunun təhsil məsələləri üzrə müavini Stefaniya Cannini deyib. "Bu boşluqların aradan qaldırılması məqsədilə təhsil məsələləri və "COVID-19"-a reaksiya göstərilməsi ilə bağlı Qlobal koalisiya yaratmaq barədə qərar qəbul edilib". Bu koalisiyaya dövlət və özəl sektordan 90-dan çox tərəfdaş daxil edilib. Onlar hər bir şəxsə rəqəmli texnologiyanın üstünlüklərindən istisnasız istifadə etməyə imkan verən universal həllərin hazırlanması ilə məşğuldurlar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL