waplog

2020-ci ildə İT xərclərinin həcmi, demək olar ki, bütün sahələrdə azalacaq


“IDC” tədqiqat şirkətinin proqnozuna görə, “COVID-19” pandemiyasının yaratdığı iqtisadi böhranın nəticələri 2020-ci ildə qlobal İT xərclərinin həcminin 2,7% azalmasına səbəb olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, ekspertlərin fikrincə, İT xərclərinin həcmi, demək olar ki, bütün sahələrdə azalacaq. Məsələn, həcmi 400 milyard dollar məbləğində qiymətləndirilən istehsal sektorunda 3%-lik azalma gözlənilir.

 

Bundan əlavə, turizm, otel biznesi, nəqliyyat, fərdi və istehlak xidmətləri kimi sahələrdə informasiya texnologiyalarına xərclərin həcmi ən azı 5% azalacaq.

 

Səhiyyə və telekommunikasiya sahələrində İT xərcləri artacaq, çünki pandemiya dövründə onlar yeni tələbat mərhələsinə çıxıblar. 2020-ci ildə peşəkar xidmətlər kateqoriyasında İT xərcləri 1,7% artacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL