waplog

Mexaniki kod müdafiəsi olan fləş-brelok


“Crypteks USB” layihəsinin iştirakçıları qeyri-adi fləş-brelokun istehsalına başlayırlar. “Crypteks USB” 2 hissədən ibarətdir – fləş daşıyıcı və mexaniki kod qıfılı ilə olan alüminium ərintisindən hazırlanan futlyar.

 

Daşıyıcıdakı məlumatları “AES” alqoritmi üzrə 256 bit uzunluğunda olan açar ilə şifrləmək mümkündür. Breloka giriş əldə etmək üçün 5 beş fırlanan halqa vasitəsi ilə şifrəni daxil etmək lazımdır. Cəmi 14348907 kombinasiya etmək mümkündür.

 

Yenilik 4, 8 və 16 QB tutumla olan modifikasiyalarda təklif ediləcək. Kompyuterə qoşulması üçün “USB” interfeysindən istifadə edilir; informasiyanı oxuma/yazma sürəti müvafiq olaraq 24 və 10 Mb/s-dir. Qoruyucu futlyarın uzunluğu 78 mm; diametri 27 mm-dir. 8 QB tutumlu “Crypteks USB”-nin qiyməti 130 dollar təşkil  edecək.

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL