waplog

Bu gün “İKT-də Qızlar” Günüdür


Hər il aprel ayının dördüncü həftəsinin dördüncü günü keçirilən Beynəlxalq "İKT-də Qızlar" Günü bu il aprelin 23-nə təsadüf edir.

 

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis olunan əlamətdar gün ənənəvi olaraq Azərbaycanda da qeyd edilir.

 

"İKT-də Qızlar" Gününün keçirilməsi qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək, onların bu sektorda fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.

 

Hazırda ölkəmizdə qadınların İKT sahəsində rolu günü-gündən genişləndirilir, bu istiqamətdə gender bərabərliyi təmin edilir. Məhz bu amil gənc qızları innovasiyalara yaxından maraq göstərməyə, texnologiyalar sahəsində peşə seçimi etməyə və öz karyeralarını bu sahədə qurmağa sövq edir.

 

Hər il əksər ölkələrdə "İKT-də Qızlar" Günü ilə əlaqədar xüsusi tədbirlər keçirilirdi. 2011-ci ildən dünyanın 170-dən artıq ölkəsində bu günə həsr edilmiş 11 mindən çox müxtəlif formatlı tədbirdə 400 minə yaxın qız və gənc qadın iştirak edib.

 

Dünyanın bir çox ölkələrini əhatə edən "COVID-19" pandemiyası səbəbindən bu dəfə İKT üzrə təhsil alan, çalışan, bu sektora öz töhfələrini verən qadınların iştirakı ilə ənənəvi tədbirlər təşkil edilmədi.

 

Lakin İKT-də olan qadınlar sosial təcridlə bağlı real həyatdakı mövcud məhdudiyyətlərə baxmayaraq bu günü internet resurslarından yararlanmaqla virtual formatda qeyd edir və öz həmrəyliklərini nümayiş etdirirlər.

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL