waplog

Orqanizmin həyati əhəmiyyətli göstəricilərini qeydə alan sensorlar təqdim edilib


Yeni sensorlar orqanizmin həyati əhəmiyyətli göstəricilərini qeydə alırlar. Tədqiqatçılar əmindirlər ki, bu qurğuların böyük şəbəkəsi növbəti pandemiyanın öhdəsindən gəlməkdə önləyici rol oynayacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Massaçusets Texnologiya İnstitutunun (MTİ) mütəxəssisləri tərəfindən hazırlanmış yeni yüngül sensor istənilən parça növünə, həmçinin idman geyimlərinin istehsalında istifadə olunan poliesterə inteqrasiya edilə bilər. Bu sensor orqanizmin həyati əhəmiyyətli göstəricilərinə (bədənin hərarəti, ürək ritmi və nəfəs tezliyi) daima nəzarət edə bilər.

 

Yeni qurğunu səhiyyədə, idman sahəsində və astronavtların vəziyyətinə nəzarət üçün tətbiq etmək istəyirlər. MTİ-nin tədqiqatı qismən NASA və kosmik məkanın tədqiqi üzrə "MIT Media Lab" tərəfindən maliyyələşdirilib. Lakin alimlər qurğunun potensialının daha geniş olduğunu bildiriblər. Bu, xüsusilə koronavirusun yayılması dövründə daha aktualdır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL