waplog

“Apple” şirkəti “MacBook” üçün öz prosessorları üzərində işləyir


"Apple" şirkəti "Mac" kompüterlərində istifadə edilən "Intel" korporasiyasının çiplərini əvəz etmək üçün öz prosessorları üzərində işləyir. Bu haqda "Bloomberg" yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Apple" şirkəti növbəti "iPhone" modellərində istifadə ediləcək "A14" çipi əsasında "Mac" kompüterləri üçün 3 prosessorun hazırlanması ilə məşğuldur. "Apple" öz prosessoru ilə təchiz edilmiş ilk kompüterləri artıq 2021-ci ildə təqdim edəcək.

 

Yeni prosessorlar "Apple"ın tərəfdaşı olan Tayvanın "Semiconductor Manufacturing" şirkəti tərəfindən yığılacaq.

 

"Apple" öz yeni çipləri sayəsində şəxsi qurğularının məhsuldarlığı üzərində daha böyük nəzarət, həmçinin digər kompüter istehsalçıları qarşısında üstünlük əldə etmək niyyətindədir.

 

"Apple" nümayəndələri bu informasiya ilə bağlı şərh verməkdən imtina ediblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL