waplog

Milyonlarla smartfon istifadəçiləri izləyir (VİDEO)


25 yaşlı Amerika proqramçısı Trevor Ekxart (Trevor Eckhart) bir çox smartfon modellərinin yaddaşında “Carrier IQ” adlı gizli proqramın olduğunu aşkar edib. Bu proqram aparat və onda yerinə yetirilən fəaliyyət haqqında ətraflı informasiya toplayır.

 

İlkin analizlərə əsasən qeyd etmək olar ki, “Carrier IQ” proqramı aşağıdakıları loqa yazır: axtarış sorğuları, mətn mesajlarının tərkibi, “GPS” koordinatları, telefon nömrələri, klaviaturadan daxil etmələr və s.

 

Həmçinin, qeyd edilib ki, utilit smartfonun proqram təminatı ilə sıx inteqrasiya edilib və onu deaktiv etmək mümkün deyil. “Casus” proqramı milyonlarla mobil aparata quraşdırılıb. Proqram “Nokia” şirkətinin müxtəlif modellərində, “RİM”, həmçinin “Android” əməliyyat sistemi ilə işləyən smartfonlarda var.

 

“Carrier IQ” tərtibatçıları izləmə ilə bağlı ittihamları qəti surətdə inkar edirlər. Əgər onların bəyanatlarına inansaq, utilit mobil aparatların ümumi sürətinin analizi və mümkün problemlərin səbəblərini aşkara çıxartmaq üçün nəzərdə tutulub.

 

“Carrier IQ” proqramı smartfon istehsalçıları və ya mobil operatorlar tərəfindən nasazlıqların daha effektiv aradan qaldırılması üçün quraşdırılır. Lakin “Carrier IQ” yaradıcılarının izahatları elə də inandırıcı görünmür.

 

Amerika senatoru Al Franken (Al Franken) tərtibatçılardan vəziyyəti aydınlaşdırmağı tələb edir. "Əgər “Carrier IQ” proqramı proqramçı Trevor Ekxartın dediyi kimi, istifadəçidən xəbərsiz informasiya toplayırsa, bu, federal qanunvericiliyin pozulmasıdır" –cənab Franken yazıb.

 

“Casus” utilitinin yaradıcılarının “Carrier IQ” fəaliyyəti haqqında bütün suallara cavab vermək üçün dekabr ayının 14-nə kimi vaxtı var.

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL