waplog

“Facebook” şirkəti “Messenger Rooms” qrup videozənglər xidmətini istifadəyə verib


ABŞ-ın “Facebook” şirkəti “Messenger Rooms” qrup videozənglər xidmətini istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, "Messenger Rooms dostlarınız və yaxınlarınızla vaxt keçirməyə imkan verəcək. “Facebook” və ya “Facebook Messenger”dən "otaq" yaradın və istənilən şəxsi video zənginizə qoşulmağa dəvət edin. "Otağa" 50-dək insan dəvət etmək mümkün olacaq, zənglərə vaxt məhdudiyyəti yoxdur” – şirkətin bəyanatında deyilir.

 

Məlumata görə, tezliklə bu funksiya “Instagram Direct”, “WhatsApp” və “Portal”dan da əlçatan olacaq.

 

“Facebook” şirkəti 4 fevral 2004-cü il tarixində Mark Zukerberq və onun üç kurs yoldaşı tərəfindən təsis edilib. Son qiymətləndirmələrə görə, “Facebook”un ümumi aylıq auditoriyası 2,5 milyardı ötür.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL