waplog

“Mi 10 Lite” smartfonunun təkmilləşdirilmiş versiyası təqdim edilib


“Xiaomi” şirkəti “Snapdragon765G” prosessoru və 50 qat zuma malik periskop kamera ilə təchiz edilmiş yeni “Mi 10 Youth Edition” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “Mi 10 Youth Edition” cihazı 16 mp-lik selfi-kamera üçün kəsiyə malik 6,57 düymlük AMOLED displeylə təchiz edilib. Ekran “HDR10 ” standartını dəstəkləyir.

 

“Youth Edition” aparatının Çin versiyası ilə beynəlxalq versiyası arasında əsas fərq kameradadır. “Mi 10 Youth Edition” qurğusunun arxa panelində 4 kamera quraşdırılıb: 48 mp-lik əsas, 8 mp-lik super genişbucaqlı, 5 qat optik, 10 qat hibrid və 50 qat rəqəmli zuma malik 8 mp-lik periskop, həmçinin 2 mp-lik makroobyektiv.

 

Aparatın beynəlxalq versiyası 50 qat zuma malik periskop əvəzinə, 2 mp-lik dərinlik sensoru ilə təchiz edilib.

 

Smartfon maye soyutma sisteminə malik “Snapdragon 765G 5G” prosessoru, 6/8 QB-lıq əməli yaddaş və 256 QB-lıq daxili yaddaşa malikdir.

 

Akkumulyatorun tutumu 4160 milliamper/saat təşkil edir. Cihaz 22,5 vattadək sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Həmçinin smartfon NFC modulu, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, infraqırmızı port, iki tezlikli GPS və “Hi-Res Audio” ilə təchiz edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL