waplog

“Wi-Fi 7” standartı məlumatların ötürülmə sürətini 30 Qbit/s-dək təmin edəcək


Rəsmi olaraq ötən ilin sentyabrında “Wi-Fi 6” standartına keçid başlanılıb və hələ ki yeni standartı dəstəkləyən qurğuların sayı azdır. Amma texnologiyalar həmişə inkişaf edir və adətən ixtisaslaşmış təşkilatlar dərhal standartın növbəti versiyasını hazırlamağa başlayırlar. İndi populyar “Wi-Fi 7” simsiz rabitə standartının növbəti versiyası haqqında ilk məlumatlar dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, məlum olub ki, “Wi-Fi 7” standartı məlumatların ötürülmə sürətini 3 dəfə artıracaq (bu göstərici indiki 9,6 Qbit/san-dən 30 Qbit/san-dək yüksələcək).

 

Məlumat üçün bildirək ki, indiki əsas “Wi-Fi 5” (802.11 ac) protokolu ilə müqayisədə yeni “Wi-Fi 6” (802.11 ax) standartı yalnız 40% sürətli deyil, həm də elektrik enerjisinin xərcləri baxımından daha qənaətcildir. Bundan başqa, “Wi-Fi 6” standartının işi daha etibarlı “WP3” protokoluna əsaslanır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL