waplog

13000 milliamper/saat tutumlu batareyaya malik qənaətcil smartfon təqdim edilib


Çinin “Blackview” şirkəti istifadəçilərə “Blackview BV9100” smartfonunu təklif edir. Bu aparat 13000 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib ki, bu da “Apple iPhone 11”in batareyası ilə müqayisədə 4 dəfə yüksək göstəricidir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, bu xüsusiyyət “BV9100” smartfonundan başqa cihazları enerji ilə doldurmaq üçün pauerbank kimi istifadə etməyə imkan verir. Cihazın “IP68” standartına malik olması onu göstərir ki, smartfon davamlıdır və suyun altında qala bilər.
 
Qurğunun elektron içliyi “Mediatek Helio P35” prosessoru, 4 QB əməli yaddaş, 64 QB daxili yaddaş, üç ədəd 16 mp-lik kameradan (Sony və Samsung) ibarətdir. “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyən “BV9100” aparatının çəkisi 408 qr, ölçüləri 171,28 x 80,2 x 19,45 mm-dir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL