waplog

Azərbaycanda stasionar müəssisələrdə elektron nəzarət sistemi tətbiq edilir


Azərbaycan Səhiyyə Nazirliyi 2012-ci il yanvarın 1-dən nazirliyin tabeliyində olan bütün stasionar tibb müəssisələrinin fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqinə başlayacaq. Bu barədə nazirliyin saytında yerləşdirilən məlumatında deyilir.

 

Məlumata əsasən, bununla bağlı respublika üzrə tibb müəssisələrinin rəhbərləri və statistik şöbələrin işçiləri üçün təşkil olunan təlimlər 2011-ci il dekabrın 16-dək davam edəcək.

 

Əvvəllər nazirlik tərəfindən dərman preparatlarının keyfiyyətinə elektron nəzarət sistemi tətbiq edilib. Yaxın vaxtlarda dərman preparatlarının reyestri Azərbaycan Səhiyyə Nazirliyi yanında Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinın rəsmi internet resursuna inteqrasiya ediləcək.

 

Reyestrin inteqrasiyası istehlakçılara aldıqları dərman preparatlarının keyfiyyət uyğunluğunu yoxlamağa, seriya nömrəsi üzrə axtarış verməyə imkan yaradacaq.

 

Bu gün Azərbaycana rəsmən tədarük olunan hər bir dərman preparatı mərkəzin laboratoriyasında yoxlamadan keçirilir, bundan sonra ona müalicə zamanı istifadədə təhlükəsizliyi təmin edən keyfiyyət sertifikatı verilir.

 

Preparatın seriyası məlumat reyestrinə daxil edilir. Dərmanlar haqqında məlumatın təqdim olunmasının yeni qaydası əczaçılıq bazarının bütün iştirakçıları üçün prosedurların şəffaflığını təmin edir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL