waplog

Amerika kəşfiyyatı “Zoom” proqramında boşluq haqqında xəbərdarlıq edib


ABŞ-ın kəşfiyyat xidməti “Zoom” videokonfranslar xidmətinin xarici hökumətlər, o cümlədən Çin tərəfindən həyata keçirilən haker hücumları qarşısında dayanıqsızlığı haqqında xəbərdarlıq edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, xüsusi xidmət orqanlarından bildirilib ki, “Zoom” barəsində narahatçılıq, həmçinin proqramın və yeniləmələrin qismən Çində hazırlanması ilə bağlıdır.

 

"Çinin “Zoom” proqramının serverlərinə giriş imkanına malik olması Pekinə ABŞ-ın dövlət və özəl sektorunun əməkdaşları ilə işləmək üçün unikal imkanlar yaradır. Başqa dövlətlər, həmçinin öz məqsədlərinə nail olmaq üçün “Zoom”un boşluqlarından istifadə edə bilərlər" – hesabatda deyilir.

 

“Zoom” xidmətinin nümayəndəsi öz növbəsində deyib ki, şirkət kəşfiyyatın məlumatı ilə razı deyil, hesabatı saxta adlandırıb.

 

Videorabitə üçün eyniadlı xidmət təqdim edən “Zoom Video Communications” şirkəti 2011-ci ildə təsis edilib. 2020-ci ilin martında proqramın günlük auditoriyası 2019-cu ilin dekabrı ilə müqayisədə 20 dəfə artaraq 200 milyon təşkil edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL