waplog

Analitiklər dünyada ən populyar və çox satılan smartfonların adını açıqlayıb


“DeviceAtlas” analitik resursu smartfonların populyarlığına dair araşdırmanın nəticələrini açıqlayıb. Təqdim edilmiş reytinq müxtəlif regionlarda ən populyar cihazı müəyyənləşdirməyə imkan verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, mənbənin məlumatına görə, 2016-cı ildə təqdim edilmiş “iPhone 7” smartfonu ən populyar cihaz adına layiq görülüb. Hərçənd son 2 ildə aparatın satış həcmi yüksək olmasa da, işlədilən veb-trafik həcminə görə ən çox istifadə edilən cihazlardan biri olaraq qalır. Reytinqin ikinci pilləsində “Samsung Galaxy S8” və “Galaxy S9” aparatları qərarlaşıb: hər iki modelə dünyanın onlarla ölkəsində tələbat var.

 

Şimali Amerikada ən çox satılan smartfonlar arasında “Apple” qurğuları (“iPhone 11” və “iPhone XR”) birinci olublar. “Counterpoint Research” analitik agentliyinin statistikasına əsasən, bu il regionda satış həcminin təxminən 12% və 6%-i bu modellərin payına düşür.

 

Avropada isə ən çox satılan “Samsung Galaxy A50” smartfonu olub. “iPhone XR” və “iPhone 11” cihazları müvafiq olaraq ikinci və üçüncü, “Samsung Galaxy A10” və “A40” isə müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıb.

 

Çin bazarında tamamilə fərqli bir mənzərə müşahidə olunur: “OPPO A5” və “A9” aparatları reytinqdə ön pillələrdə qərarlaşıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL