waplog

“Samsung” şirkəti “Galaxy A51 5G” modelini təqdim edib


"Samsung" şirkəti "Galaxy A51" smartfonunun "5G" versiyasını təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "digger.ru" saytına istinadən yazır ki, "Samsung Galaxy A51 5G" smartfonu daxili "5G" modemə malik "Exynos 980" prosessoru, həmçinin 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili yaddaşla təchiz edilib. Akkumulyatorun tutumu 4500 milliamper/saat təşkil edir. Aparat 15 vattadək sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.

 

Digər xüsusiyyətlərinə görə "Galaxy A51 5G" versiyası orijinal modellə tamamilə eynidir: 1080p təsvir ölçülü 6,5 düymlük "Super AMOLED" displey və 4 kameradan (48 12 5 5 mp) ibarət blok.

 

Hələ ki yeni qurğu yalnız Cənubi Koreya sakinləri üçün əlçatandır. "Galaxy A51 5G" smartfonunun dəyəri 810 AZN civarındadır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL