waplog

“İntel” prosessorları ilə olan smartfonlar 2012-ci ildə istehsal ediləcək


“İntel” korporasiyası “Medfield” aparat platforması üçün “Android 4.0” (Ice Cream Sandwich) əməliyyat sisteminin optimallaşdırılması üzrə portativ qurğu istehsalçıları ilə işləyir.“Medfield”-in “ürəy”i 1,86 QHz takt tezlikli və kiçik enerji istehlakı ilə olan 32 nanometr “Atom” nüvəsidir.

 

Növbəti ildə “Android 4.0” əməliyyat sistemi ilə işləyən “Medfield” əsasında olan ilk smartfonların istehsal ediləcəyi gözlənilir. Ehtimal ki, belə aparatlar birinci və ya ikinci rübdə təqdim ediləcək.

 

Həmçinin qeyd edilir ki, “Android Gingerbread” (2.3) və “Honeycomb” (3.x) ilə işləyən “İntel”-çiplərlə olan qurğular da hazırlanır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL