waplog

Pandemiya səbəbindən internet trafikinin həcmi təxminən 50% yüksəlib


“Samsung” şirkətinin mütəxəssislərinin məlumatına görə, pandemiya səbəbindən internet trafikinin həcmi təxminən 50% yüksəlib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, dünyanın müxtəlif ölkələrində trafikin həcmindəki dəyişikliklər təhlil edilib. Nəticədə hər yerdə artım müşahidə olunduğu məlum olub. Sabit genişzolaqlı rabitə şəbəkələrində trafikin həcmi 48% təşkil edib, yəni təxminən 50% artım qeydə alınıb. Mobil rabitə sahəsində trafik 24% artıb.

 

Həmçinin mütəxəssislər ixtisaslaşdırılmış xidmət və proqramların auditoriya və trafikini ayrıca araşdırıblar. Bu göstəricilər üzrə “Zoom” videokonfranslar xidmətində böyük artım qeydə alınıb. Onlayn təhsil proqramlarının auditoriyası 437%, tibbi xidmətlərdə isə 234% yüksəlib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL