waplog

Yeni texnologiya cərraha xəstəni uzaq məsafədən hiss etmək imkanı yaradır


Cərrahiyyə sahəsində artıq xəstə üzərində distant rejimdə əməliyyat aparmağa imkan verən texnologiyalar tətbiq edilir. Əməliyyat zamanı mikroskopik dəqiqlik lazım olduqda cərrahlar uzaq məsafədən robot manipulyatorların köməyindən istifadə edirlər. Texas A&M Universitetinin komandası bu texnologiyanı təkmilləşdirmək və onu daha da təhlükəsiz etməyə cəhd göstərib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, təklif edilmiş texnoloji hazırlama yalnız xəstəni uzaq məsafədən əməliyyat etmir, həm də əllərin titrəməsinin minimal nəticələrini aradan qaldırır. Bundan başqa, əks-taktil rabitə incə prosedurları son dərəcə dəqiqliklə və təhlükəsiz yerinə yetirməyə kömək edir. Cərrah onun barmaqlarının uc hissələrinə ötürülən vibrasiyalar vasitəsilə toxumalarla əlaqəni hiss edə bilir.

 

Həkimin əlinə geyindiyi xüsusi əlcəyə ötürülən yumşaq elektrik impulsları sayəsində belə hisslər yaranır. Obyektə yaxınlaşdıqca impulsların tezliyi artır. Nəticədə operator əməliyyat edilən sahəyə toxunmamışdan öncə orada təzyiqin ölçüsünü dəqiq müəyyənləşdirə biləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL