"Azerfon" MMC naviqasiya sistemini tətbiq edir
Yaradılan müvafiq infrastruktur "Azerfon" şəbəkəsinin abonentlərinə naviqasiya sistemini təklif etməsinə şərait yaradıb. Bu barədə İCTnews-a açıqlama verən şirkətin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev bildirib. Onun sözlərinə görə, "Azerfon" MMC şəbəkəsində 3G xidmətlərindən istifadə edən abonentlərin sayı ümumi abonent bazasının 20 faizinə çatır. Bir qədər də dəqiqləşdirərək qeyd edək ki, operatorun abonent bazası 1,7 milyona çatır və bu da ümumilikdə 3G operatorunun xidmətlərindən real olaraq təxminən 340 min abonentin istifadə etməsindən xəbər verir. E.Fərzəliyev bu xidmətin genişləndirilməsinin özündə bir çox yeni xidmətlərin, o cümlədən naviqasiya sisteminin geniş şəkildə tətbiqinə şərait yaratdığını bildirib. Fərzəliyevin sözlərinə görə, üçüncü nəsil şəbəkəsinin işə salındığı andan nəzərəçarpacaq artım “Nar Mobile” şəbəkəsinin abonentlərinin bu xidmətlərdən istifadə etməyə başlamasından sonra qeydə alınıb.
Hələlik onların əksəriyyəti USB-modemləri vasitəsilə məlumatların ötürülməsi xidmətlərinə üstünlük verir.
Qeyd edək ki, "Azerfon" şəbəkəsinin abonentləri üçün yeniliklərdən biri əlavə multimedia xidmətləri olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL