waplog

Efir məkanına müdaxilələrin qarşısı alınacaq


Azərbaycan və İran efir məkanına müdaxilənin qarşısının alınmasını nəzərdə tutan yeni protokol hazırlayır. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

 

Onun sözlərinə görə, bu sənədin hazırlanması prosesinə texniki mütəxəssislər də cəlb olunacaqlar.

 

Bazar ertəsi Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri başa çatıb. Səfər zamanı başqa məsələlərlə yanaşı, kanalların qarşılıqlı yayımı məsələsi də müzakirə edilib.

 

"Biz qonşu ölkələrlə, o cümlədən İranla kanalların müdaxiləsi üzrə texniki məsələlər və təbliğatdan ibarət iki məsələni nəzərdən keçiririk. Azərbaycanın efir məkanının müdafiəsi baxımından müvafiq işlər görülür və çoxlu sayda işlər artıq yerinə yetirilib", - Abbasov deyib.

 

Nazirin sözlərinə görə, bu gün İran tərəfdən Azərbaycanın efir məkanına müdaxilə müəyyən ərazilərdə baş verir. Ölkələr arasındakı qarşılıqlı razılaşma çərçivəsində efir məkanına müdaxilənin aradan qaldırılması üzrə texniki ölçülər götürülür.

 

Abbasov bildirib ki, telekanalların yayımı məsələsi üzrə texniki protokollar artıq imzalanıb və İran tərəfi onlara riayət etməyə çalışır.

 

"Biz müəyyən vaxtlarda həmin sənədlərin pozulduğunu müşahidə edirik. Ona görə də yeni protokolların imzalanması zəruriliyi mövcuddur".

 

Ə.Abbasov bildirib ki, televiziya kanallarının internet şəbəkəsində yayımlanması ilə məşğul olan şirkətlərin fəaliyyəti lisenziyalaşma tələb edə bilər. Nazirin sözlərinə görə, nazirlik tərəfindən aparılan monitorinqə əsasən, hazırda internet şəbəkəsində 20-dən artıq telekanal fəaliyyət göstərir.

 

"Bu gün telekanalların internet şəbəkəsində yayımlanması üçün lisenziya tələb olunmur. Bununla əlaqədar onlar sərbəst fəaliyyət göstərirlər. Biz hesab edirik ki, bu, yalnız başlanğıcdır.

 

Onlar bu texnologiyaya yiyələnməli və onu inkişaf etdirməlidirlər. Lakin əgər tələb olunarsa, Milli Televiziya və Radio Şurası bu məsələyə (internet-TV-nin lisenziyalaşdırılmasına) baxa bilər".



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL