waplog

“Microsoft” Polşada rəqəmli transformasiyanın sürətləndirilməsinə 1 milyard dollar ayıracaq


"Microsoft" korporasiyası Polşada rəqəmli transformasiyanın sürətləndirilməsinə 1 milyard dollar investisiya yatırmaqla bağlı planlarını açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "İXBT" resursuna istinadən yazır ki, müxtəlif tərəfli planın əsasını Polşada yeni data mərkəzinin açılışı təşkil edir. Mərkəzin kommersiya və dövlət sifarişçilərini geniş "bulud" xidmətləri ilə təmin edəcəyi nəzərdə tutulur. Artıq "Microsoft" və yerli "Chmura Krajowa" "bulud" hesablamaları tədarükçüsü arasında müvafiq strateji saziş imzalanıb.

 

Saziş Polşanın səhiyyə, təhsil, istehsal, pərakəndə satış, energetika, maliyyə, sığorta və iqtisadiyyatın digər vacib sektorlarında fəaliyyət göstərən dövlət idarə və müəssisələri üçün "Microsoft" xidmətlərindən istifadəyə imkan yaradacaq.

 

"Mən əminəm ki, "Microsoft"un Polşaya investisiyaları müəssisə, dövlət idarələri və təhsil sistemi üçün əhəmiyyətli olacaq və onlara rəqəmli islahatları həyata keçirməyə və yeni iş standartları tətbiq etməyə imkan verəcək. Bizim məqsədimiz Polşanın Mərkəzi və Şərqi Avropanın texnoloji mərkəzinə çevrilməsini sürətləndirməkdən ibarətdir", – "Microsoft"un planlarına münasibət bildirən Polşanın Baş naziri Mateuş Moraveski deyib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL