waplog

İndi smartfonun köməyilə real predmetləri rəqəmli dünyaya köçürmək mümkündür


Əlavə edilmiş reallıq vizual obyektlərin real dünyadan sürətlə kopyalanaraq rəqəmli sənədlərə yerləşdirilməsi üçün əlverişli bir vasitə ola bilər. Bu, şəkilləri elektron poçtla göndərmək və ya “Photoshop”da obyektlərin kəsilməsi kimi əziyyətli işdən xilas edir. Sadəcə, telefonu köçürmək istədiyiniz əşyaya tərəf yönəltmək və onu qurğunun ekranına "daşımaq" lazımdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, hazırda bu, yalnız eksperimental bir prototipdir. Ancaq artıq bir neçə  şirkət belə proqram təminatı üzərində çalışır. Artıq yaxın gələcəkdə belə alət əlçatan olacaq.
 
Tərtibatçı Diagnenin sözlərinə görə, obyektin köçürülməsinə təxminən 2,5 saniyə, rəqəmli sənədə yerləşdirilməsinə isə 4 saniyə vaxt sərf olunur.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL