waplog

“Azərpoçt” MMC vətəndaşlara göstərdiyi səyyar xidməti davam etdirir


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC koronavirus (COVİD-19) xəstəliyi ilə mübarizə üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar əhaliyə göstərilən səyyar xidməti davam etdirir.

 

Əsas məqsəd xüsusi karantin rejimində vətəndaşların yaşadıqları ərazidən uzaqlaşmayaraq maliyyə xidmətlərindən istifadəsini təmin etməkdir.

 

Layihənin növbəti ünvanı Suraxanı rayonunun Hövsan qəsəbəsi olub. Vətəndaşlara maliyyə xidmətləri göstərilib. Sakinlər rabitə və kommunal xidmət haqlarını, daxili, beynəlxalq pulköçürmələrini və bir çox digər xidmətlər üzrə ödənişləri həyata keçiriblər. Eyni zamanda işsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı vətəndaşlar birdəfəlik ödəmə (190 manat) vəsaitlərini səyyar xidmət vasitəsilə əldə ediblər.

 

Qeyd edək ki, "Azərpoçt" MMC tərəfindən həyata keçirilən səyyar xidmət növbəti günlərdə digər Bakıətrafı qəsəbələrdə davam etdiriləcək.

 

 



 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL