waplog

Superkompüter koronavirusa qarşı dərman tapıb


Almaniyalı alimlər yeni tip koronavirusa qarşı səmərəli təsir göstərə bilən yeni dərman tapıblar. Tədqiqat Maynts Universitetinin saytında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Maynts Universitetinin mütəxəssisləri “MOGON II” superkompüterinin köməyi ilə “SARS-CoV” ilə mübarizədə antivirus dərmanlarının effektivliyini təhlil ediblər. Qurğu açıq məlumat bazalarında təsvir edilmiş 42 min müxtəlif tibbi maddə üzərində 30 milyard hesablama aparıb. "Bu kompüter modelləşdirmə metodu molekulyar birləşmə kimi tanınır və uzun illər ərzində elmdə istifadə olunur" – həkimlər bildiriblər.

 

Təxminən iki ay davam edən araşdırmalar əsasında superkompüter tərəfindən hepatit C-yə qarşı tapılmış dərman vasitələri “SARS-CoV-2” virusunun hissəciklərini zərərsizləşdirmək qabiliyyətinə malikdir. Həmin dərmanlar aşağıdakılardır: simeprevir, paritaprevir, qrazoprevir və velpatasvir.

 

"Elmi işimizin nəticələrini laboratoriya sınaqları və kliniki sınaqlarla təsdiq etmək lazımdır" – tədqiqatın iştirakçısı professor Tomas Effert deyib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL