waplog

Çin ilk dəfə “3D” printeri kosmosda sınaqdan keçirib


Çinin yaratdığı kosmik üçölçülü printer və onun orbitdə çap etdiyi iki nümunə uğurla Yer kürəsinə dönüb. Bu barədə Çin Kosmik Texnologiyalar Akademiyasının məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, onlar Yerə Çinin cənub Haynan adasında yerləşən Vençan kosmodromundan buraxılan yeni nəsil pilotlu sınaq kosmik gəmisinin geri qaytarılan kapsulu vasitəsilə çatdırılıb. Kapsul Daxili Monqolustan Muxtar Rayonunda əvvəlcədən təyin edilmiş yerə eniş edib.

 

Məlumata görə, bu, dünyada karbon lifi ilə möhkəmləndirilmiş davamlı polimer kompozitlərdən istifadə edilməklə "3D" orbital çapın həyata keçirildiyi ilk sınaqdır.

 

Tədqiqatçılar kosmosdan qayıdan printerin işinin səmərəliliyi üzrə əlavə yoxlamalar aparmağa və bundan sonra yeni qurğunun xüsusiyyətlərini hərtərəfli qiymətləndirməyə hazırlaşırlar.

 

Testdə hər iki nümunə davamlı karbon lifli materiallardan çap edilib ki, bu da kompozit materiallardan istifadə etməklə "3D" çapın gələcək inkişafı üçün vacib texnoloji əsası qoyub.

 

Orbitdə "3D" çap sistemi, həmçinin bütün iş prosesi üzərində avtomatik nəzarəti həyata keçirib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL