waplog

Ən populyar və gəlirli mobil əlavə və oyunların reytinqi açıqlanıb


"App Annie" analitik şirkəti bu ilin aprelinin yekunları üzrə dünyada ən populyar və gəlirli mobil əlavə və oyunların reytinqini dərc edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, hesabata görə, "TikTok" hazırda dünyada ən çox yüklənilən və gəlirli mobil proqramdır. Yükləmələrin sayına görə ikinci yerdə "Zoom" videokonfranslar servisi qərarlaşıb. Lakin gəlirlərə görə bu pilləni "Tinder" tanışlıq axtarışı əlavəsi tutur. Yükləmələrə görə üçüncü mövqedə "Facebook", gəlirlərə görə "YouTube" yer alıb.

 

Aprel onluğuna "Google Classroom" distant təhsil əlavəsi, "Telegram" messenceri və "Hangouts Meet" videokonfranslar servisi daxildir. Sonuncu reytinqdə 26 pillə irəliləyib.

 

Oyunlara gəldikdə, onların ən populyarı sürətlə birinci yerə yüksələn "Save the Girl!", "Gardenscapes" və "Ludo King" olub. Ən çox gəliri isə "League of Legends" oyununun Çin analoqu, eləcə də "Kings of Glory" kimi tanınan və Çindən kənarda "Arena of Valor" adı ilə buraxılan "Honor of Kings" qazanıb.

 

Analitiklər tərəfindən Çin bazarı üzrə statistika ayrıca təqdim olunub. Burada ən populyar əlavə "Tencent Meeting" audio və videokonfranslar servisi olub. Həmçinin oyunlar arasında "Princess Connect! Re:Dive" daha çox populyarlıq qazanıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL