waplog

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Cisco” şirkəti arasında əməkdaşlığa dair videokonfrans keçirilib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Cisco" şirkəti arasında birgə fəaliyyətin müzakirəsi və gələcək planların müəyyən edilməsi məqsədilə videokonfrans təşkil edilib.
 
Videogörüşdə Azərbaycan tərəfi ilə yanaşı, "Cisco"nun vitse-prezidenti Qay Diedriç, Rusiya və MDB üzrə vitse-prezidenti Conatan Sparrou və Azərbaycan üzrə regional direktoru Vladimir Orlov, Azərbaycan üçün "Rəqəmsallaşdırma proqramı"nın rəhbəri Ramil Eyyubov iştirak edirdilər.
 
Videotədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı və qlobal iqtisadi-ticari proseslərə ciddi təsir etdiyi bir dövrdə yüksək texnologiyalardan istifadənin prioritet olduğunu deyib. Nazir bu səbəbdən cənab Prezident və digər hökumət təşkilatları üçün videokonfrans keçirmək məqsədilə müvafiq infrastrukturun qurulması istiqamətində yaxından əməkdaşlığa və dəstəyə görə "Cisco" şirkətinin rəhbərliyinə təşəkkür edib. Bildirib ki, göstərdiyi dəstəyə görə şirkətin Azərbaycan üzrə regional direktoru Vladimir Orlova 21 aprel 2020-ci il tarixində Fəxri Fərman təqdim olunub.
 
"Ölkəmizdə yüksək texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığımızın daha da genişləndirilməsi vacibdir. Hazırda şirkətinizlə birlikdə 8 rəqəmsal prioritet üzərində işləyirik. Bu layihələrin həyata keçirilməsi ölkədə innovativ texnologiyaların inkişafında mühüm rol oynayır", – deyə Ramin Quluzadə əlavə edib.
 
"COVID-19" pandemiyası zamanı vacib vasitə olan videokonfranslar üçün "Connected Government" layihəsinin tətbiqindən danışan nazir bir sıra əhəmiyyətli görüşlərin "Cisco" şəbəkə texnologiyalarından və "Azcloud" platformasından istifadə edilərək təşkil edildiyini vurğulayıb. O, nazirliyin tabeliyində fəaliyyət göstərən "AzInTelecom"un özəl şirkətlər və dövlət orqanları üçün "Cisco" Görüş Serveri həlli mövzusunda "VCaaS" adı ilə tanınan videokonfrans xidmətinin tətbiqinə başladığını diqqətə çatdırıb. 
 
Ramin Quluzadə əməkdaşlığın vacib elementləri və prioritetlərinə toxunaraq bağlantı, eləcə də dekriminallaşdırma, "ağıllı" kənd təsərrüfatı və kibertəhlükəsizlik məsələlərini səmərəli şəkildə həyata keçirmək üçün birlikdə fəal işləndiyini qeyd edərək deyib: "Ağıllı şəhər" layihəsinə gəldikdə isə, "Əlaqələndirilmiş Mərkəzi Avtobus Dayanacağı" pilot layihə konsepsiyası uğurla tamamlanıb. 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə təqdim edilib. Azərbaycanın rəqəmsallaşdırma prioritetlərini tam müəyyənləşdirmək və ölkə iqtisadiyyatının inkişafında innovativ texnologiyaların tətbiqini genişləndirmək vacibdir. 
 
Nazir Ramin Quluzadə çıxışında tədris sahəsində əldə olunmuş uğurlu nəticələrdən də bəhs edib: "Nazirliyin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi "Cisco" Şəbəkə Akademiyası Proqramı ilə sertifikatlaşdırılıb. Bu Tədris Mərkəzi, həmçinin "Cisco"nun Azərbaycandakı ofisi tərəfindən pulsuz təchiz edilmiş avadanlıqla "Cisco" Tədris Laboratoriyasını inşa edib. "Connected Schools" layihəsinin icrası da müsbət istiqamətdə inkişaf etməkdədir".

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL