waplog

“iPhone 12” smartfonunun texniki xüsusiyyətləri bəlli olub


Yeni "iPhone" smartfonlarında daxili yaddaşın tutumu artırılacaq, bəzi modellər yüksək dəqiqlikli ekranlarla təchiz ediləcək. Bu haqda "Front Page Tech" adlı "YouTube" kanalında insayder Con Prosser deyib.

 

"ICTNews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "Apple" şirkəti 64 QB-lıq daxili yaddaşa malik versiyadan imtina edəcək: bu format son üç nəsil "iPhone" qurğusunda istifadə edilib. Prosser belə hesab edir ki, 64 QB-lıq daşıyıcı istifadəçinin bütün ehtiyaclarını təmin etmir. Cihazların texniki xüsusiyyətləri haqqında məlum olmuş informasiyaya əsasən, 5,4 və 6,1 düym diaqonallı ekranlarla təchiz edilmiş "iPhone 12" modelləri 128 və 256 QB-lıq daxili yaddaşa malik versiyalarda əlçatan olacaq.

 

Qabaqcıl modellər ("iPhone 12 Pro" və "12 Pro Max") müvafiq olaraq 6,1 və 6,7 düym diaqonallı ekranla təchiz ediləcək, həmçinin başlanğıc ayar kimi 128 QB daxili yaddaşla təchiz ediləcək. Bundan başqa, 256 və 512 QB-lıq daxili yaddaşa malik versiyalar əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL