Özəl poçt sektoru inkişaf etdirilir
“Bütün sahələrdə olduğu kimi, poçt sektorunda sahibkarlığın inkişafına münbit şərait yaradılıb”- bu barədə məlumat verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, nazirlik tərəfindən 33 özəl şirkətə poçt xidməti göstərmək üçün lisenziya verilib.
Onun sözlərinə görə, hal- hazırda bu poçt şirkətlərindən “Röyal Express” və DHL regionlarda da fəaliyyət göstərir. Azərbaycanda poçt bazarının liberal olduğunu bildirən N.Məmmədov 6 il ərzində özəl poçt sektorunun 5 dəfə inkişaf etdiyini qeyd edib.
Qeyd edək ki, dövlət poçt operatorundan fərqli olaraq əsasən kuryer poçta üstünlük verən özəl poçt sektorunun inkişafı istiqamətində konsepsiya var.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL