waplog

Dünyanın ən nazik smartfonu


“Fujitsu” şirkəti və Yaponiyanın “KDDİ” operatoru dünyanın ən nazik smartfonunu təqdim ediblər. Smartfon “Arrows ES İS12F” adlanır.

 

Qurğu sukeçirməyən korpusda hazırlanıb. Modelin aşağı hissəsinin qalınlığı 6,7 millimetr təşkil edir, lakin qalınlıq yuxarı hissədə 8,5 millimetrə qədər artır. “Android 2.3” əməliyyat sistemi ilə işləyən qurğunun çəkisi 105 qram təşkil edir.

 

“Fujitsu Arrows ES İS12F” smartfonu 4 düymlü 480x800 nöqtə kəskinlikli “AMOLED” ekran, 5 meqapiksel kamera, 1.4 QHz takt tezlikli 1 nüvəli  “Snapdragon MSM8655” çipi, “Wi-Fi” və “Bluetooth” modulları, “İK-port” ilə təchiz edilib. Smartfon 1400 mA/saat tutumlu akkumulyatora malikdir. Bu isə  danışıq rejimində 7 saata qədər iş təmin edir. Yenilik “GSM” və “CDMA” şəbəkələrində işləyir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL