waplog

Yeni videokodlaşdırma standartı təqdim olunub


“Huawei”, “Samsung” və “Qualcomm” şirkətləri “MPEG-5 Essential Video Coding” (EVC) adlı yeni videokodlaşdırma standartı hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “MPEG-5 EVC” əvvəlki “MPEG” versiyaları ilə müqayisədə daha çox qurğuda “4K” və “8K” formatında, əlavə və virtual reallıqda, eləcə də “HDR” standartı dəstəyi ilə videoya baxmağa imkan verir. Bundan başqa, standart “4K UHD” ilə iş zamanı daha yaxşı sıxılmanı nəzərdə tutur. Ona beşinci nəsil mobil rabitə şəbəkələri inkişaf etdikcə daha çox tələbat olmaqla kontenti mobil qurğulara yüksək təsvir ölçüsündə translyasiya etməyə imkan verəcək.

 

Yeni standartın əsas tərtibatçıları olan şirkətlər onun sahə üzrə sürətli tətbiqini təmin etmək niyyətindədir. Bunun üçün onlar “MPEG-5 EVC” ilə əlaqədar əsas patentlər üçün ədalətli və məqbul lisenziyalaşdırma şərtləri təklif etməyə hazırlaşırlar.

 

Qeyd edək ki, standarta qabaqcıl “MediaTek” prosessoru tərəfindən dəstəklənən “AV1” videokodeki rəqib ola bilər. “Google” şirkəti onu gələcək mobil qurğuların vacib tərkib hissəsi hesab edir. Şirkət nümayəndələrinin sözlərinə görə, “AV1” iritutumlu videoları yüksək məlumat sıxma effektivliyi ilə göstərməyə imkan verir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL