waplog

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi “World Net Summit”in son iki tədbiri baş tutacaq


Bu gün "World Net Summit" onlayn konfransının son 2 tədbiri – "Corporate Innovation Forum" və "Venture Summit" təşkil ediləcək.
 
Konfransın "Corporate Innovation Forum" fazası 16:30-18:00 saatlarında Lütfi Zadə Texnologiya Mərkəzinin nümayəndəsi İmran Bağırovun moderatorluğu ilə keçiriləcək. Spiker qismində "Microsoft Azərbaycan" şirkətinin baş meneceri Qaçay Mirzəyev, "EY" şirkətinin Rəqəmsal strategiya, kibertəhlükəsizlik və texnologiyalar bölməsinin rəhbəri Anar Cəfərzadə, "Pabora.io"nun Strateji tənzimləmə texnologiyaları üzrə məsləhətçisi Patrik Boşçer və "Kaspersky"nin Texniki satış eksperti Aleksandr Simonov iştirak edəcək.
 
"Venture Summit" fazası 18:30-20:00 saatları aralığında İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimin moderatorluğu, "NextechVentures" şirkətinin idarəçi tərəfdaşı Daniel Hastik, "Fintek" sahibkarı və texnologiya investoru Qaurav Dhar, "DAAL" Vençur Fondunun baş investisiya inzibatçısı Leva Abuxait, "mələk investor" Fərid Musayev və Özbəkistan Vençur Fond Assosiasiyasının İdarə Heyətinin sədri Dilşod Zufarovun spiker kimi iştirakı ilə baş tutacaq.
 
Tədbirlər "Facebook" sosial şəbəkəsi və "Youtube" üzərindən canlı yayımlanacaq.
 
Qeyd edək ki, digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında qeydiyyatdan keçməklə əldə etmək mümkündür. Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.
 
 
Xatırladaq ki, 8 böyük tədbiri əhatə edən "World Net Summit" onlayn konfransı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, "SUP VC" və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, "bp" şirkətinin baş sponsorluğu və "Net Summit LLC"nin təşkilatçılığı ilə baş tutur.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL