waplog

“Chrome” brauzerində trafik və batareyanı tükəndirən reklam söndürüləcək


Dünyanın ən populyar brauzeri “Google Chrome” “səhv” reklamla mübarizəni davam etdirəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, rəsmi “Chrome” tərtibatçılarının bloquna görə, növbəti hədəf istifadəçi qurğularının resurslarından çox istifadə edən reklam olacaq. Belə yeniləmələr səbəbindən şəbəkə trafikinin sərfiyyatı kəskin şəkildə arta, smartfonun və ya noutbukun batareyası isə sürətlə tükənə bilər.

 

“Chrome” reklam elanından istifadə edən resursların monitorinqini aparacaq və müəyyən limitə çatdıqda modulun göstərilməsini söndürəcək.

 

Məhdudiyyət reklamın göstərildiyi müddət üçün 60 saniyəlik limit olmaqla 30 saniyə ərzində 4 meqabit trafik və 15 saniyə prosessor yükləməsi səviyyəsində tətbiq ediləcək. Bloqda qeyd olunur ki, göstərilən limitləri bu gün reklam modullarının 0,3 faizi pozsa da, “Chrome” reklamlarında göstərilən bütün trafikin 27 faizi və prosessor vaxtının 28 faizi onların payına düşür.

 

Tərtibatçılar tərəfindən iritutumlu reklamın bloklanması ilə bağlı eksperimentlərə yaxın aylarda başlamaq, avqustun sonuna isə belə reklamın bloklanmasını brauzerin növbəti stabil buraxılışında tətbiq etmək planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL