waplog

Regional İnnovasiya Zonalarının yaradılma prosesi sadələşdirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda regional İnnovasiya Zonalarının (RİZ) yaradılması üzrə yenilənmiş sənədi baxılmaq üçün hökumətə təqdim edib. Bu barədə bazar ertəsi jurnalistlərə nazirliyin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev məlumat verib.

"RİZ-in yaradılması üzrə yekun sənədin təsdiqi 2012-ci ilin ilk yarısında gözlənilir".

 

İ. Əliyevin sözlərinə görə, baxılmaq üçün hökumətə təqdim edilən yenilənmiş sənəd sənədin daha da sadələşdirilmiş variantıdır. Belə ki, orada əvvəl olduğu kimi, layihədə ali təhsil ocaqlarının iştirakı əsas götürülmür.

 

"Hazırda əsas məsələ layihə iştirakçıları üçün güzəştli şərtlərin hazırlanmasıdır və bu məsələ qurumlararası səviyyədə müzakirə edilir".

 

Respublikada RİZ-in yaradılması İT sənayenin inkişafında prioritet istiqamət kimi müəyyən edilib. Azərbaycanda Regional İnnovasiya Zonası layihəsi kiçik və orta innovasiya sahibkarlığının inkişafı üçün texnoparkların, elekton avadanlıqların istehsalı, ixracı və proqram təminatı üzrə regional bazanın yaradılmasını, ölkənin effektiv tranzit informasiya mərkəzinə çevrilməsini, formalaşmaqda olan informasiya cəmiyyəti üçün insan resurslarının hazırlanması və inkişafını, müxtəlif sahələrdə informasiya texnologiyalarının tətbiqini nəzərdə tutur.

 

RİZ-in yaradılması layihəsində 5 əsas istiqamət yer alıb. Layihənin həyata keçirilməsində vacib rol oynayacaq həmin istiqamətlər bunlardır: informasiya resursları və informasiya xidmətlərinin göstərilməsi, insan resurslarının inkişafı, orta və kiçik sahibkarlıq üçün DATA mərkəzinin yaradılması, investisiyaların cəlb edilməsi və ölkənin ixracat potensialının inkişafı.         



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL