waplog

Yeni “Microsoft” superkompüteri dünyanın beş ən güclüsü sırasına daxil olub


ABŞ-ın “Microsoft” şirkəti eksklüziv olaraq “OpenAI” qeyri-kommersiya tədqiqat təşkilatı üçün “bulud” superkompüteri yaradıb. Təşkilatın təsisçilərindən biri qismində “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask çıxış edir. Bu barədə “Microsoft” nümayəndələri “Microsoft Build 2020” texnoloji konfransında məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, “Azure” “bulud” həlləri bazasında süni intellekt sahəsində texnologiyalarla məşğul olan “OpenAI” ilə əməkdaşlıqda hazırlanan yeni superkompüter dünyanın beş ən güclü superkompüterindən biridir. “Superkompüter xüsusi olaraq daha geniş funksiyalar spektri yerinə yetirən və böyük hesablama resursları tələb edən növbəti nəsil böyük süni intellekt modellərinin təlimi üçün hazırlanıb.

 

Bildirilir ki, əvvəllər kompüter təlimi üzrə ekspertlər tərəfindən müəyyən tapşırığı (obyekti tanımaq, mətni tərcümə etmək və s.) yerinə yetirməyi öyrənmək üçün məlumat dəstlərindən istifadə edən kiçik modellər hazırlandığı halda vaxt ötdükcə aydın olub ki, bu tapşırıqların bir neçəsini, məsələn, milyardlarla mətn üzərində öyrədilən bir böyük model daha yaxşı yerinə yetirə bilir. Şirkət nümayəndələrinin fikrincə, belə model nitq nüanslarını, qrammatika, konsepsiya və konteksti o qədər aydın başa düşür ki, bir neçə vəzifəni yerinə yetirmək iqtidarındadır: uzun çıxışları ümumiləşdirmək, onlayn oyunlarda söhbəti modelləşdirmək və proqramçılar üçün ən böyük “GitHub” açıq platformasında axtarış nəticələri üzrə proqram kodunu generasiya etmək.

 

Lakin belə böyük modellərin yaradılması və təlimi mütərəqqi superkompüter infrastrukturunun mövcudluğunu tələb edir. “OpenAI” üçün hazırlanan superkompüter hər bir server üçün 285 mindən çox prosessor nüvəsinə (CPU), 10 min qrafik prosessora (GPU) malik və 400 Qbit/saniyə sürətlə şəbəkəyə qoşulan vahid sistemdir. “Azure” “buludu”nda yerləşmə sayəsində superkompüter sürətli quraşdırma, data mərkəzlərinin etibarlılığı və “Azure” servislərinə çıxış daxil olmaqla müasir “bulud” infrastrukturlarının üstünlüklərinə malikdir”, – şirkət nümayəndələri qeyd edib.

 

“Microsoft” təmsilçiləri əmindir ki, “OpenAI” üçün yeni superkompüterin hazırlanması növbəti nəsil böyük süni intellekt modellərinin və onların təlimi üçün lazım olan infrastrukturun dünyanın müxtəlif təşkilatlarına, eləcə də proqram tərtibatçılarına təqdim edilməsi yolunda atılan ilk addımdır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL